Türkiyә prezidenti Ədalət və İnkişaf Partiyasının tәdbirindә çıxış edib

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə siyasəti, iqtisadiyyatı, hərbi gücü və ictimai quruluşu ilə güclü olmaq məcburiyyətindədir.

1789501

Prezident Rәcәb Tayyib Әrdoğan  Ədalət və İnkişaf Partiyasının paytaxt Ankarada keçirilən tədbirində çıxış edib.

Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Әtrafımızda yaşananlara vicdan pәncәrәsindәn baxan hәr kәs bunu görәcәk, qәbul edәcәk. Keçmişdә ölkәmizi zәif siyasi rәhbәrliklәrin yaratdığı boşluqlardan istifadә edәrәk istiqamәtlәndirәnlәr bizim dövrümüzdә bunu edә bilmәdilәr. Xüsusilә prezident üsul-idarәsi sistemi ilә bu yol artıq tamamilә bağlanıb. İnfrastrukturu, iqtisadiyyatı, hərbi gücü ilə zəif dövlət quruluşuna malik ölkələri qondarma inqilablarla məhv edənlər ölkəsi və xalqı  ilə bütünləşən Türkiyədə həmişə məyus olublar’’.

Әlaqәli Xәbәrlәr