Mövlud Çavuşoğlu Ukraynadan tәxliyә edilәn Türkiyә vәtәndaşları ilә bağlı paylaşım edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn bü günәdәk 8 min 50 Türkiyә vәtәndaşlarının tәxliyә edildiyini bildirib.

1788221

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Mövlud Çavuşoğlu paylaşımında deyib: ‘‘Bu gün Kiyev, Xarkov, Odessa, Zaporojye və Lvovdan Azərbaycan vətəndaşları da daxil olmaqla  2 604 nәfәr yola düşüb. Beləliklə, təxliyə etdiyimiz vətəndaşların sayı 8 050 nəfərə çatıb. Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün planlarımız davam edir”.

Nazir Mövlud Çavuşoğlu qatıldığı bir televiziya proqramında da Ukraynadakı türk vətəndaşlarının quru yolu ilə təxliyyəsinə fevralın 25-də başlandığını, müharibə başladıqdan sonra dəniz və hava məkanlarının bağlanması səbəbindәn  dünən yola düşәnlәrlә birlikdә  5 min 850 Türkiyə vətəndaşının təxliyə edildiyini, 2 min 200 vətəndaşın isә konvoylarla və ya öz imkanları ilə ölkəni tərk etdiyini bildirib.

Әlaqәli Xәbәrlәr