Prezident Ərdoğan üç ölkənin liderləri ilə telefonla danışıb

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovlu telefonla danışıb.

1786056
Prezident Ərdoğan üç ölkənin liderləri ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovlu telefonla danışıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Ərdoğan liderlərlə ikitərəfli əlaqələri və regional hadisələri ayrı-ayrılıqda müzakirə edib.

Bundan başqa, Azərbaycan prezidenti Əliyev, Özbəkistan Prezidenti Mirziyoyev, Türkmənistan prezidenti Berdiməhəmmədov Prezident Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı qətliamının 30-cu il dönümü ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr