Türkiyə-Kosovo ikitərəfli siyasi məsləhətləşmələr yığıncağı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1783171
Türkiyə-Kosovo ikitərəfli siyasi məsləhətləşmələr yığıncağı

 

  Türkiyə ilə Kosovo arasında ikitərəfli siyasi məsləhətləşmələr toplantısı 23 fevralda paytaxt Ankarada olacaq.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ikitərəfli siyasi məsləhətləşmələr Türkiyənin Xarici işlər nazirinin müavini və Avropa İttifaqının (Aİ) direktoru səfir Faruk Kaymakçı və Kosova Xarici işlər nazirinin müavini və Kosovo diasporunun nazir müavini Kreşnik Əhmədinin həmsədrliyi ilə keçiriləcək.  

  Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək, Türkiyə və Kosovonun Avropa İttifaqı ilə münasibətləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr