“Hürkuş HYEU”nun uçuşa yararlılığı sənədləşdirildi

Türkiyə Aerokosmik Sənayesi şirkəti TUSAŞ tərəfindən verilən məlumata görə...

1783064
“Hürkuş HYEU”nun uçuşa yararlılığı sənədləşdirildi

 

  Əsas təlim və yüngül yer hücum təyyarəsinin yeni hərbi variantı olan Hava Yer İnteqrasiya Təyyarəsinin (HYEU) tib sertifikatı tamamlandı.

  Türkiyə Aerokosmik Sənayesi şirkəti TUSAŞ tərəfindən verilən məlumata görə, Müdafiə Sənayesi İcraiyyə Komitəsi və Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin nəzarəti altında başlanılan Hürkuş layihəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının dəstəyi ilə inkişaf etdirilir. Bu layihə ilə Hərbi Hava Qüvvələri Komandanlığının əsas və qabaqcıl yeni nəsil turboprop təlimçi təyyarə ehtiyaclarının təmin olunması nəzərdə tutulur.

  Türkiyənin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılmış ilk mülki təyyarəsi “Hürkuş”un yeni hərbi variantı olan “Hürkuş HYEU” üçün artıq tib sertifikatı araşdırmaları başa çatıb.

  Qeyd edək ki, sertifikatlaşdırma işləri çərçivəsində bütün müvafiq fəaliyyətlərin tamamlandığını göstərən tip sertifikatı sənədinin alınması üçün 540 saat uçuş həyata keçirilib, minlərlə saat yer və laboratoriya sınaqları aparılıb, ümumilikdə 1138 tələblər yerinə yetirilib.

  Təhlükəsizliyin yoxlanılması üçün lazım olan bütün işləri tamamlayan TUSAŞ bənzər hərbi aviasiya şirkətləri kimi ilk dəfə olaraq öz sənədini çıxarmağa müvəffəq olub. Beləliklə, “Hürkuş HYEU”nun uçuşa yararlılığı sənədləşdirilib.



Әlaqәli Xәbәrlәr