Ərdoğanın 3 ölkəni əhatə edən Afrika səfəri başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 20-dən üç ölkəni əhatə edən Afrika səfərinə başlayır

1781506
Ərdoğanın 3 ölkəni əhatə edən Afrika səfəri başladı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 20-dən üç ölkəni əhatə edən Afrika səfərinə başlayır.

  R.T.Ərdoğan fevralın 20-23 tarixlərində Konqo, Seneqal və Qvineya-Bisauda olacaq.

  Türkiyə Prezindet Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, səfərlər çərçivəsində keçiriləcək rəsmi görüşlərdə ikitərəfli əlaqələr hər aspektdə müzakirə olunacaq, Türkiyə ilə bu ölkələr arasında hər sahədə əməkdaşlığın inkişaf etdirilməsi imkanları danışılacaq.

  Ərdoğan paytaxt Dakarda Seneqal prezidenti Maki Sal (Macky Sall) və dəvət edilən digər ölkələrin prezidentləri ilə birlikdə Türkiyə şirkəti tərəfindən inşa edilən 50 min yerlik Dakar Olimpiya Stadionunun açılış mərasimində iştirak edəcək.

  Türkiyə prezidentinin iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşləri də planlaşdırılır.

  Səfər çərçivəsində Türkiyənin Seneqal Səfirliyinin yeni binasının rəsmi açılışını R.T.Ərdoğan edəcək.

  Ərdoğanın Qvineya-Bisauya səfəri Türkiyədən bu ölkəyə prezidentlər səviyyəsində ilk rəsmi səfər olacaq.



Әlaqәli Xәbәrlәr