Mustafa Şentop Kosovonun Milli Bayramını təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Kosovonun Milli Bayramını təbrik edib.

1780158
Mustafa Şentop Kosovonun Milli Bayramını təbrik edib

Musdafa Şentop Kosovo Respublikası Məclisinin sədri Qlauk Konjufçaya Milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.

TBMM sədri Şentop məktubunda: “Kosovonun Milli Bayramı münasibətilə dost və qardaş Kosovo xalqını öz adımdan və Türkiyə Böyük Millət Məclisinin üzvləri adından təbrik edirəm. Türkiyə ilə Kosovo arasında köklü əlaqələrə söykənən münasibətlər çərçivəsində parlamentlərimiz arasında əməkdaşlığın xalqlarımızın ümumi mənafelərinə uyğun olaraq hər sahədə daha da güclənəcəyinə inamım tamdır. Bu münasibətlə dost və qardaş Kosovo xalqına cansağlığı, sülh və firavanlıq, Zati-alinizə və Kosovo Assambleyasının hörmətli üzvlərinə uğurlar və xoşbəxtlik arzularımı çatdırıram”.



Әlaqәli Xәbәrlәr