Türkiyә XİN bәyanat yayıb

Türkiyә Efiopiya mәclisinin ölkәdә noyabr elan edilәn fövqәladә vәziyyәt rejimini lәğv etmәsini mәmnuniyyәtlә qarşıladığını açıqlayıb.

1779475
Türkiyә XİN bәyanat yayıb

Türkiyә Efiopiya mәclisinin ölkәdә noyabr elan edilәn fövqәladә vәziyyәt rejimini lәğv etmәsini mәmnuniyyәtlә qarşıladığını açıqlayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Efiopiyada keçәn ilin noyabr ayında elan edilәn fövqәladә vәziyyәt rejiminin lәğv edilmәsi ilә bağlı qәrarın dünәn Efiopiya mәclisi tәrәfindәn lәğv edilmәsini mәmnuniyyәtlә qarşıladıq’’.

Bәyanatda Türkiyənin sözügedən qərarı ölkədə sülh və sabitliyin təmin edilməsi istiqamətində atılmış  doğru addım kimi qiymәtlәndirdiyi bildirilib.

‘‘Türkiyə Efiopiyanın haqq etdiyi sosial sülh və sabitliyə nail olması üçün bütün səyləri dəstəkləməyə davam edəcək”,-deyә bәyanatda vurğulanıb.

Qeyd edәk ki, Efiopiya Nazirlər Şurası xalqı Tiqray Xalq Azadlıq Cəbhəsinin hücumlarından qorumaq üçün 2021-ci ilin noyabr ayında ölkәdә  fövqəladə vəziyyət rejiminin elan edildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr