Milli müdafiə naziri Hulusi Akar Brüsseldə səfərdədir

Milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldəki NATO Qərargahına gedib.

1779747
Milli müdafiə naziri Hulusi Akar Brüsseldə səfərdədir

Milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldəki NATO Qərargahına gedib.

Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Basat Öztürk və digər rəsmi şəxslər tərəfindən qarşılanan Akar NATO-nun daimi nümayəndəsi və Türkiyə Hərbi Nümayəndəsini ziyarət edib.

Şəxsi heyətlə görüşən və görülən işlər haqqında məlumat alan nazir Akar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə beynəlxalq aləmdə diqqət mərkəzində olan Türkiyənin çox mühüm işlər gördüyünü və ciddi uğurlar qazandığını bildirib.

Çox fərqli faktor və amillərə görə həssas bir dövr keçirdiyimizi vurğulayan Akar "85 milyonluq Türkiyənin sizdən böyük gözləntiləri var. Bu il Türkiyənin NATO-ya üzv olmasının 70-ci ildönümüdür. Türkiyə NATO-nun dəyər və öhdəliklərini bölüşərək, 1952-ci ildən bəri üzərinə düşən bütün vəzifə və missiyaları uğurla yerinə yetirib. Bu, bir tərəfdən NATO missiyalarına dəstək verməklə yanaşı, ölkəmizin hüquq və maraqlarını qorumaq üçün mühüm mühitdir” deyib.

Hulusi Akarın gün ərzində bəzi ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşləri də planlaşdırılır.



Әlaqәli Xәbәrlәr