Mövlud Çavuşoğlu vә Pekka Haavisto birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Yunanıstanın insan hüquqlarını pozaraq qaçqınlara qarşı yürütdüyü siyasәti davam etdirdiyini bildirib.

1775343

Mövlud Çavuşoğlu Türkiyәyә rәsmi sәfәr edәn Finlandiya xarici işlәr naziri Pekka Haavisto ilә birgә mәtbuat konfransında çıxış edib.

Yunanıstanın insan hüquqlarını  pozaraq qaçqınlara qarşı yürütdüyü siyasәti davam etdirdiyini vurğulayan Türkiyәnin xarici işlәr naziri bildirib ki, bunda Avropa İttifaqının da günahı var, çünki Yunanıstan bu mövzuda Avropa İttifaqı tәrәfindәn dәstәklәndiyini bildirdi.

Mövlud Çavuşoğlu Avropa İttifaqının sәrhәdlәrini qorumaq bәhanәsi ilә Yunanıstanın qeyri-insani rәftarını dәstәklәmәsi Aİ-nın müdafiә etdiyi dәyәrlәrә zidd olduğunu söylәyib.

Türkiyәnin XİN rәhbәri deyib: ‘‘ Yunanıstan Edirnәnin İpsala qәsәbәsindә 19 günahsız insanın donaraq ölmәsinә görә mәsuliyyәt daşıyır’’.

Әlaqәli Xәbәrlәr