Türkiyә Böyük Millәt Mәclisi Şuşa Bәyannamәsini tәsdiqlәyib

Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.

1773186

TBMM-nin sәdri  Mustafa Şentopun imzaladığı Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihәsi Türkiyə Böyük Millət Məclisi tәrәfindәn tәsdiqlәnib.

2021-ci ilin 15 iyun tarixindә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Azәrbaycan prezidenti İlham Әliyev tәrәfindәn Şuşa şәhәrindә imzalanan Şuşa Bәyannamәsi Türkiyә ilә Azәrbaycan arasındakı  münasibәtlәrin müttәfiqlik sәviyyәsinә çatdırılmasını nәzәrdә tutur.

Bәyannamәdә vurğulanıb ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları bölgәdәki sülh vә sabitliyә zәrәr verir.Bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin açılması və Naxçıvan-Qars dəmir yolunun əlaqələrin intensivləşməsinə töhfə verəcəyi bildirilir.

Şuşa Bəyannaməsindә Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

Әlaqәli Xәbәrlәr