Yunanıstanın Türkiyə ərazilərinə itələdiyi mühacirlərdən 12-si donaraq ölüb

Türkiyənin Edirne şəhərində Yunanıstan mühafizə xidməti tərəfindən geri itələnən 22 qeyri-qanuni miqrantdan 12-si donaraq ölüb.

1772360
Yunanıstanın Türkiyə ərazilərinə itələdiyi mühacirlərdən 12-si donaraq ölüb

Türkiyənin Edirne şəhərində Yunanıstan Mühafizə Xidməti tərəfindən geri itələnən 22 qeyri-qanuni miqrantdan 12-si donaraq ölüb.

İpsala qəsəbəsinin Paşaköy kəndinin Mandakoru məhəlləsində Yunanıstan Mühafizə Xidməti tərəfindən geri itilən və donmaq üzrə olduğu müəyyən edilən qeyri-qanuni bir mühacir  isə Keşan Dövlət xəstəxanasına aparılıb.

Bu arada daxili işlər naziri Süleyman Soylu sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.

"Ayaqqabıları, paltarları çıxarılmış Yunanıstan Sərhəd Mühafizə Xidməti tərəfindən geri göndərilən 22 miqrantdan 12-si donub. Avropa İttifaqı acizdir, zəifdir, insanlıq yoxdur. Yunanıstan sərhəd qoşunları qurbana qarşı qatil kimidir, FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) qarşı mehribandır. Allah rəhmət eləsin” deyib.



Әlaqәli Xәbәrlәr