“2022-ci il hərbdə çox yeni sistemlərin dövrəyə girəcəyi bir il olacaq”, İ.Dəmir

Paytaxt Ankarada HAVELSAN-da (Hava Elektronik Sənayes) mətbuat nümayəndələrinin suallarını cavablandıran İ.Dəmir deyib...

1771146
“2022-ci il hərbdə çox yeni sistemlərin dövrəyə girəcəyi bir il olacaq”, İ.Dəmir

 

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir 2022-ci ilin yeni sistemlərin təhlükəsizlik qüvvələrinə təslim ediləcəyi, ehtiyaclara görə yeni layihələrin başlanacağı bir il olacağını söylədi.

  Paytaxt Ankarada HAVELSAN-da (Hava Elektronik Sənayes) mətbuat nümayəndələrinin suallarını cavablandıran İ.Dəmir deyib: “2022-ci ilin yeni sistemlərin təhlükəsizlik qüvvələrinə təslim ediləcəyi, ehtiyaclara görə yeni layihələrin başlanacağı bir il olacaq.

  Xüsusi vertolyotumuz “Gökbey”in ilk təslimatı Jandarma Baş Komandanlığında həyata keçiriləcək. Reaktiv Təhsil və Yüngül Hücum Təyyarəsi “Hürjet”in yer testləri başlayacaq. Mini pilotsuz uçan aparat “Boygalar” ilk dəfə istifadəyə veriləcək. Qısa meydanlı gəmilərə enə biləcək “Bayraktar TB3” silahlı pilotsuz uçan aparat (SİHA) ilk uçuşunu gerçəkləşdirəcək. Son “A400M” təyyarəsinin təslimatı ilə 10 bu adda təyyarəmiz olacaq.  

  “Göydəniz” Yaxın Məsafəli Hava Müdafiə Sistemi İstanbul donanmasına inteqrasiya ediləcək. "Sungur” portativ hava müdafiə mərmilərinin ilk teslimatı reallaşacaq. “Karaok” mərmimiz də ilk dəfə inventara girəcək.

  Türk Tipi Hücum Botu Layihəsi (TTHB) çərçivəsində prototip gəminin inşasına başlanacaq. Çoxməqsədli Amfibiya Hücum Gəmisi “Anadolu”ya “Bayraktar TB3” PUA-sının inteqrasiyası üzrə işlər gedir. Yeni Tip Sualtı Gəmi Layihəsində 2-ci sualtı gəmini hovuza salacağıq. Yeni Pilotsuz Dəniz Aparatları Layihəsinə start verdik. “Som” və “Atmaca” mərmilərində istifadə ediləcək “KTJ3200 Turbojet” mühərrikini artıq təslim etməkdəyik.

  “F-16” döyüş təyyarələrinin modernizasiya əməliyyatlarını sürətlə davam etdirmək üzrə layihələr işləyirik.

  2022-ci il elektronik hərb və radarda çox yeni sistemin dövrəyə girəcəyi bir il olacaq”.



Әlaqәli Xәbәrlәr