Üç aylar Türkiyədə nə vaxtdan başlayır?

Türkiyə Diyanət İşləri İdarəsi Vaxt Hesablama Bölümünün vakithesaplama.diyanet.gov.tr internet ünvanında olan məlumata görə...

1770242
Üç aylar Türkiyədə nə vaxtdan başlayır?

 

  İslam aləmində Rəcəb, Şaban və Ramazan aylarını əhatə edən rəhmət, bərəkət və mənəvi yenilənmə mövsümü Üç aylar Türkiyədə 2022-ci ildə 2 fevral tarixindən başlayacaq.

  Müsəlmanlara dini hiss və ibadət artırma ilə gündəlik həyatlarını sorğulama, yeniləmə və zənginləşdirmə fürsəti verən Üç aylar bu il də dünyanı başına alan yeni tip koronavirus (Covid-19) epidemiyasının kölgəsində canlandırılacaq.

  Rəqaib, Mirac və Berat Qəndilləri ilə Qədir Gecəsi kimi xüsusi gün və gecələrin idrak edildiyi Üç aylarda oruc tutmaq, Qurani-Kərim oxumaq və sədəqə vermək kimi ibadətlərin daha çox edilməsi tövsiyə olunur.

  Türkiyə Diyanət İşləri İdarəsi Vaxt Hesablama Bölümünün vakithesaplama.diyanet.gov.tr internet ünvanında olan məlumata görə, Rəcəb ayını cüməyə bağlanan ilk cümə axşamı gecəsi 3 fevralda Rəqaib Qəndili idrak ediləcək.

  Həzrəti Məhəmmədin Allahın hüzuruna yüksəldiyi gecə olaraq qəbul edilən Mirac Qəndili 27 fevralda, Ramazanın müjdəçisi qəbul edilən Berat Qəndili 17 martda, on bir ayın sultanı - dinclik və bərəkət ayı Ramazan isə 2 apreldə başlayacaq.

  Qurani-Kərimdə "Min aydan daha xeyirli" olduğu bildirilən Qədir Gecəsi Ramazanın 27-ci gecəsi olan 27 apreldə idrak ediləcək və Türkiyə ilə bir çox müsəlman ölkələri 2 mayda Ramazan Bayramını qarşılayacaq.



Әlaqәli Xәbәrlәr