Türkiyə Xarici işlər nazirinin Maldiv adaları və Bəhreyn səfərləri

Sözügedən mövzuda sosial media hesabından Çavuşoğlu bu sözləri paylaşıb...

1770383
Türkiyə Xarici işlər nazirinin Maldiv adaları və Bəhreyn səfərləri

 

  Cənubi Asiyadakı ada dövləti Maldiv Respublikasında rəsmi səfərdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə başçısı İbrahim Mohamed Solih ilə görüşüb.

  Sözügedən mövzuda sosial media hesabından Çavuşoğlu bu sözləri paylaşıb: "Maldiv Respublikasının prezidenti İbrahim Mohamed Solih ilə görüşdük. Turizm, inşaat, infrastruktur və balıqçılıq sahələrində əməkdaşlığımızı irəli aparacağıq.»

  Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri bundan əvvəlki şərhində Maldiv Xarici işlər naziri Abdulla Şahidin ev sahibliyi ilə ölkənin Daxili işləri naziri İmran Abdullah və İslam İşləri üzrə nazir Əhməd Zahi ilə bir araya gəldiyini bildirmişdi.

  Qeyd edək ki, Mövlud Çavuşoğlu yanvarın 30-da Bəhreyn Krallığına gedir.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir bəhreynli həmkarı Əbdüllətif ibn Rəşid əl-Zayaninin dəvəti ilə 30-31 yanvar tarixlərində Bəhreyn Krallığında olacaq.

 



Әlaqәli Xәbәrlәr