“Eren Qış-17 Şəhid Jandarma Baş leytenantı İsmayıl Moray əməliyyatı” başladı

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən edilən şərhdə yazılır...

1770362
“Eren Qış-17 Şəhid Jandarma Baş leytenantı İsmayıl Moray əməliyyatı” başladı

 

  Türkiyənin Muş rayonunda “Eren Qış-17 Şəhid Jandarma Baş leytenantı İsmayıl Moray əməliyyatı” (Eren Kış-17 Şehit Jandarma Üsteğmen İsmail Moray Operasyonu) başladı.

  Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən edilən şərhdə yazılır: “Əməliyyat terrorçuları “axtar, tap, yox et” taktikası ilə zərərsizləşdirmək, hücumlara hər cür hazırlıqlarını boşa çıxarmaq və bölgədə dinclik mühitini gücləndirmək məqsədi daşıyır.

  Muş Rayon Jandarma Komandanlığının idarəsində olan Jandarma Komandası, Jandarma Xüsusi Hərəkat (JÖH) bölmələri və Təhlükəsizlik Təşkilatı Meşəbəyi komandalarından ibarət 1071 personal, 74 operativ dəstə əməliyyata cəlb olunub.

  Ölkə daxilində terrorun tamamilə ortadan qaldırılmasına qarşı icra edilən Eren əməliyyatları vətəndaşların dəstəyilə qərarlı şəkildə və müvəffəqiyyətlə davam edəcək”.



Әlaqәli Xәbәrlәr