Türkiyə Məhəmməd əl-Halbusinin iqamətgahına edilən terror aktını pisləyib

Türkiyə İraq parlamentinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına edilən terror aktını pisləyib.

1768679
Türkiyə Məhəmməd əl-Halbusinin iqamətgahına edilən terror aktını pisləyib

Türkiyə İraq parlamentinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına edilən terror aktını pisləyib.

Xarici İşlər Nazirliyi terror aktını pisləyən bəyanat yayıb.

Bəyanatda “İraq parlamentinin sədri Məhəmməd Halbousinin Ənbar vilayətindəki iqamətgahına edilən terror hücumunu qəti şəkildə pisləyirik” ifadəsi yer alıb.

Bəyanatda hücumu edənlərin ən qısa zamanda müəyyən edilərək məsuliyyətə cəlb ediləcəyinə ümid edildiyi bildirilərək, Türkiyənin İraqın terrorla mübarizəsinə güclü dəstəyini davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, yanvarın 25-də İraq parlamentinin sədri Halbusinin Ənbar vilayətinin Garma rayonundakı iqamətgahına raket hücumu nəticəsində 2 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr