Mustafa Şentop jurnalistlәrin suallarını cavablandırıb

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Türkiyә ilә Birlәşmiş Әrәb Әmirliklәri arasında yeni prosesin başladığını ifadә edәrәk Rәcәb Tayyib Әrdoğanın fevral ayında bu ölkәyә sәfәr edәcәyini söylәyib.

1765974

Mustafa Şentop jurnalistlәrin suallarını cavablandırıb.

Türkiyә ilә Birlәşmiş Әrәb Әmirliklәri arasındaki ticarәt hәcminә toxunan Mustafa Şentop bildirib ki, Birlәşmiş Әrәb Әmirliklәrinin vәliәhd şahzadәsi Mәhәmmәd ibn Zayedin noyabr ayında Türkiyәyә etdiyi sәfәrlә iki ölkә arasında yeni bir proses başlayıb.

‘‘Türkiyә ilә Birlәşmiş Әrәb Әmirliklәri arasında bir sıra müqavilә imzalanıb.Prezident Rәcәb Tayyib Әrdoğan fevral ayında Birlәşmiş Әrәb Әmirliklәrinә sәfәr edәcәk. Mövcud әlaqәlәrimizi daha irәli sәviyyәyә çatdırmaq vә şaxәlәndirmәk mümkündür’’,-deyә Türkiyә Böyük Millәt Mәclisinin sәdri deyib.

Birlәşmiş Әrәb Әmirliklәri rәhbәrliyinin Türkiyә ilә münasibәtlәri sürәtli şәkildә inkişaf etdirmәk istәdiyini vurğulayan Şentop deyib: ‘‘Prezidentimizin Birlәşmiş Әrәb Әmirliklәrinә edәcәyi sәfәr ilә iki ölkә arasında daha önәmli addım atılacaq’’.

Әlaqәli Xәbәrlәr