Mövlud Çavuşoğlu Latın Amerikası ölkәlәrinә sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu mart ayında bir sıra  Latın Amerikası ölkәlәrinә sәfәr edәcәyini bildirib.

1765690
Mövlud Çavuşoğlu Latın Amerikası ölkәlәrinә sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu mart ayında bәzi Latın Amerikası ölkәlәrinә sәfәr edәcәyini bildirib.

Mövlud Çavuşoğlu Latın Amerikası ölkәlәrinin sәfirlәri vә Türkiyә Böyük Millәt Mәclisinin Dostluq Qrubunun rәhbәrlәri  ilә Ankara Üniversitetindә iclas keçirib.

Burada çıxış edәn Mövlud Çavuşoğlu deyib: ‘‘Mart ayında bir sıra Latın Amerikası ölkәsinә sәfәr edәcәm. 4 vә ya 5 ölkәyә sәfәr edәcәm. Әlaqәlәrimizi daha da güclәndirәcәyik''.

Latın Amerikası bölgәsindә beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiklərini qeyd edən Çavuşoğlu  Mərkəzi Amerika İnteqrasiya Sistemi (SICA) ilə növbəti görüşü Türkiyədə liderlər səviyyəsində keçirmək istədiklərini bildirib.

Mövlud Çavuşoğlu Türkiyənin Latın Amerikası bölgəsindəki nümayәndәliklәrinin sayını 17-yə, Latın Amerikasındakı səfirliklərinin sayını isə 16-ya çatdırdığını xatırladıb.

M.Çavuşoğlu Türkiyə ilə Latın Amerikası regionu arasında iqtisadi əlaqələrin irəli sәviyyәyә çatdırılması və ticarətlә bağlı  maneələrinin aradan qaldırılmasının vacibliyini qeyd edib.



Әlaqәli Xәbәrlәr