“Böyük və güclü Türkiyə hədəfinə mütləq çatacaq", R.T.Ərdoğan
Türkiyənin Aydın şəhərində Qərbi Kipaş Kağız Fabrikinin (Batı Kipaş Kağıt Fabrikası) açılış mərasimində iştirak edən Ərdoğan deyib...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin böyüyüb gücləndiyini və dünyanın ən böyük 10 iqtisadiyyatı olma yolunda əmin addımlarla irəlilədiyini vurğulayıb.
Türkiyənin Aydın şəhərində Qərbi Kipaş Kağız Fabrikinin (Batı Kipaş Kağıt Fabrikası) açılış mərasimində iştirak edən Ərdoğan deyib:
“Türkiyə Afrika, Asiya və Avropanın emalat mərkəzinə çevrilən ölkədir. Sənaye istehsal indeksimiz 144 faizdir.
Epidemiyaya (Covid-19) baxmayaraq, Türkiyə 2,7 milyon əlavə məşğulluq təmin edən bir ölkədir.
Türkiyə 205 ölkə və bölgəyə ixracat əməliyyatları aparan bir ölkədir.
Türkiyə böyüyür, güclənir və dünyanın ən böyük 10 iqtisadiyyatı olma yolunda əmin addımlarla irəliləyir.
Açılışını etdiyimiz Qərbi Kipaş Kağız Fabriki ətraf mühiti qoruma anlayışı ilə çalışaraq gözəl töhfələr verəcək. Ölkəmizin 250 milyon dollarlıq kağız idxalatını təmin edəcək fabrik, eyni zamanda, 200 milyon dollarlıq ixracat da reallaşdıracaq.
Türkiyənin bu il turizmdə də hədəfi var ki, bu rəqəm 35 milyard dollarlıqdır.
Ölkəmizə qazandırdığımız əsər və xidmətlər üzərində quracağımız böyük və güclü Türkiyə hədəfinə mütləq çatacaq."
Әlaqәli Xәbәrlәr
Ərdoğan Sudanda sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün əsas prinsip olduğunu vurğulayıb
Görüşdə Türkiyə ilə Sudan arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub