XİN Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

Xarici İşlər Nazirliyi dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən qurulmasının 30-cu ildönümünü ilə əlaqədar bəyanat yayıb.

1762425
XİN Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib: “Bu gün dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edirik”.

Azərbaycanın 1991-ci il oktyabrın 29-da beynəlxalq birliyin bərabər hüquqlara sahib bir üzv olmaq iradəsini qətiyyətlə ortaya qoyduğu vurğulanan bəyanatda o tarixdə Türkiyənin həmin dövrdə ikiqat bayram yaşadığı qeyd edilib.

Bəyanatda “Son 30 ildə Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub və bunu qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən  mühabirəsilə torpaqlarını işğaldan azad etməsindən sonra duyduğu böyük sevinclə bunu bir daha nümayiş etdirib" ifadələri yer alıb.

Hər iki ölkənin 30 il əvvəlkindən qat-qat güclü olduğuna diqqət çəkilərən bəyanatda iki ölkənin qardaşlığı və sıx əməkdaşlığının onların ortaq bölgələrində sülh və sabitliyin də böyük təminatına çevrildiyi bildirilib.

Bəyanatda 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrin bundan sonra da davam etdiriləcəyi vurğulanıb:

“Bu, Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinə və Ümummilli lider Heydər Əliyevin dilə gətirdiyi “bir millət, iki dövlət” şüarına yaraşan yanaşma da budur".



Әlaqәli Xәbәrlәr