Türkiyǝ “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilǝ keçirilib.

1761857
Türkiyǝ “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

 

Türkiyə “HÜRJET” yüngül döyüş təyyarələrinin istehsalına başlayacaq.

Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilǝ keçirilib.

Prezident İqamǝtgahında keçirilǝn iclasda Türkiyǝ Silahlı Qüvvǝlǝri vǝ tǝhlükǝsizlik orqanlarının istifadǝ etdiyi yerli vǝ milli sistemlǝrǝ yeni sistemlǝrin ǝlavǝ olunması ilǝ bağlı mövzular müzakirǝ olunub.

İclasda bununla yanaşı, müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələr barədə də qərar verilib.

İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.



Әlaqәli Xәbәrlәr