Türkiyə İsrailin qeyri-qanuni məskunlaşmaya icazə verməsini qınadı

Xarici İşlər Nazirliyi Qüds Bələdiyyəsinin Bölgə Planlaşdırma və Tikinti Komitəsini işğal altında olan Şərqi Qüdsdə 3557 yeni yaşayış məntəqəsini əhatə edən 5 məskunlaşma planının təsdiqini pisləyib.

1758556

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin işğal etdiyi Fələstin torpaqlarında inşa etdiyi məskunlaşmaların Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələri də daxil olmaqla beynəlxalq hüquqa zidd olduğu xatırladılıb.

Açıqlamada “Coğrafi cəhətdən vahid Fələstin Dövlətini fiziki cəhətdən qeyri-mümkün etməyə yönəlmiş bu yeni qeyri-qanuni fəaliyyətlər iki dövlətli həll yoluna və davamlı sülh zəmininə ciddi ziyan vurur”- deyə bildirilib.

Әlaqәli Xәbәrlәr