"Eren Qış-6" əməliyyatı çərçivəsində məhv edilən terrorçu sayı

"Eren Qış-6 Mercan Dağları Şəhid Jandarma çavuş Burak Tortumlu" əməliyyatının başladığı gündən bəridir biri sağ 9 terrorçu zərərsizləşdirilib, 143 sığınacaq və 21 mağara məhv edilib.

1755209
"Eren Qış-6" əməliyyatı çərçivəsində məhv edilən terrorçu sayı

Tunceli şəhərində "Eren Qış-6 Mercan Dağları Şəhid Jandarma çavuş Burak Tortumlu" əməliyyatının başladığı gündən bəridir biri sağ 9 terrorçu zərərsizləşdirilib, 143 sığınacaq və 21 mağara məhv edilib.

Tunceli Valiliyi tərəfindən yayılan bəyanatda Vilayət Jandarm Komandanlığı qrupları tərəfindən terrorçuları şəhər çöllərində yaxalamaq, mümkün sığınacaqları aşkarlayıb məhv etmək məqsədilə 19 noyabrda 74 hərbi hissə və min 62 hərbçinin iştirakı ilə "Eren Qış-6 əməliyyatı"na başlanıldığı ifadə edilib.

Təhlükəsizlik qüvvələri tərəfindən terror təşkilatlarına qarşı 23 əməliyyatın həyata keçirildiyi vurğulanan açıqlamada

"Aparılan əməliyyatlarda 1 terror təşkilatı üzvü sağ yaxalanıb, davam edən əməliyyatda 8 terror təşkilatı üzvü ölü ələ keçirilib. 2-si narıncı, 3-ü boz kateqoriyada axtarışda olmaqla cəmi 9 terrorçu zərərsizləşdirilib" ifadələrdən istifadə olunub.

Açıqlamada terrorçuların istifadə etdiyi 143 sığınacaq və 21 mağaranın da məhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr