Türkiyə Sudana başsağlığı verib

Türkiyə Sudanda qızıl mədəninin çökməsi nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

1754234
Türkiyə Sudana başsağlığı verib

Türkiyə Sudanda qızıl mədəninin çökməsi nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda dekabrın 28-də Sudanın Qərbi Kürdufan əyalətində mədən çökməsi nəticəsində 38 mədənçinin həyatını itirdiyinin dərin hüznlə öyrənildiyi bildirilib.

Bəyanatda "Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyir, dost və qardaş Sudan xalqına dərin hüznlə başsağlığı veririk” ifadəsindən istifadə edilmişdir.

Milli mətbuatda yer alan xəbərlərə görə, əyalətin şimalındakı Foca bölgəsində ənənəvi quyu üsulu ilə qızıl çıxarılan Umm Drisai mədənində çökmə baş verib və 38 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr