Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli

Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində videokonfrans formatında müraciət edəcək.

1753921
Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli

Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.

Türkiyənin şərqində açılacaq “Pirinkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.

2017-ci ildə inşa edilməyə başlanan tunel Ərzurum vilayətinin Uzundərə qəsəbəsi ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.

Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində videokonfrans formatında müraciət edəcək.

Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.



Әlaqәli Xәbәrlәr