Prezident Ərdoğan: “Dəyişimlə degenerasiya bir-birindən fərqləndirilməlidir”

Prezident Ərdoğan: “Türkiyənin beynəlxalq münasibətlər və iqsadiyyat sahəsində “Dünya beşdən böyükdür” şüarı ilə  apardığı  mübarizə istismar və zülm üzərində qurulan  mövcud nizamı dəyişdirməyi  məqsəd götürüb”.

1752896
Prezident Ərdoğan: “Dəyişimlə degenerasiya bir-birindən fərqləndirilməlidir”

Prezident Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilən 8-ci Necip Fazıl Mükafatlarının təqdimat mərasimində çıxışında: “Dəyişim həyatın faktıdır. Lakin dəyişimlə degenerasiya   arasında  kəskin fərq var. Bəşəriyyət son 2 əsrdə qədim dəyərlərinin zədələndiyi böyük transformasiya, bir aspektdə degenerasiya yaşayıb. Müasirləşmə ilə yanaşı, insanların, təbiəti, ətraf mühiti və həyatı paylaşdıqları digər canlılar ilə əlaqəli fikirləri də  dəyişdi. Türkiyənin istər beynəlxalq münasibətlərdə, istərsə də iqtisadiyyatda "Dünya beşdən böyükdür" şüarı ilə apardığı mübarizəsi istismar və zülm üzərində qurulan  mövcud  nizamda   dəyişiklik  aparılması  uğrunda   atılan  addımlara   töhfə  verməyi məqsəd götürüb. Elm, hikmət, əxlaq və ədalət əsasları üzərində qurulan İslam sivilizasiyası dünyanı gözəlləşdirmək və bütün məxluqlar üçün daha yaşana bilən imkanlara qovuşdurmaq  istəyir”



Әlaqәli Xәbәrlәr