Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti Monteneqroyə səfər edib

Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti Şimali Makedoniya, Serbiya və Monteneqroya rəsmi işgüzar səfərinin son dayanacağı üçün Monteneqroya gedib.

1751331
Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti Monteneqroyə səfər edib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti Şimali Makedoniya, Serbiya və Monteneqroya rəsmi işgüzar səfərinin son dayanacağı üçün Monteneqroya gedib.

Şentop bu gün Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşəcək.

M. Şentop TBMM ilə Monteneqro Parlamenti arasında Parlamentlərarası Əməkdaşlıq Protokolunun imzalanma mərasiminə qatılacaq, daha sonra isə həmkarı ilə birgə mətbuat konfransı keçirəcək.

Şentop Monteneqronun baş naziri Zdravko Krivokapiç və prezident Milo Cukanoviçlə də görüşəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və onu müşayiət edən parlament heyəti dekabrın 22-də isə Serbiyaya səfəri zamanı bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüşüb.

Hökumət binasında keçirilən görüş mətbuata qapalı keçirilib.

Alınan məlumata görə, Şentop görüşdə Türkiyə-Serbiya münasibətlərinin əla səviyyədə və bütün sahələrdə inkişaf etdiyini bildirib.

İki ölkənin iqtisadiyyat, ticarət və turizm sahələrində davamlı olaraq yeni hədəflər qoyduğunu vurğulayan Şentop əlaqələrin üz tutduğu istiqamətin yüksək səviyyəli səfərlərdə də özünü göstərdiyini bildirib.

Serbiyanın Baş naziri Brnabiç də ikitərəfli əlaqələrin ən yüksək səviyyədə davam etdiyini qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Şentop təmasları çərçivəsində bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç və Milli Məclisin sədri İvitsa Daçiç ilə görüşmüşdü.



Әlaqәli Xәbәrlәr