Mövlud Çavuşoğlu bolqar həmkarını təbrik edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskanı yeni vəzifəsi münasibətilə təbrik edib.

1747549
Mövlud Çavuşoğlu bolqar həmkarını təbrik edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlu həmkarı Gençovska ilə telefonla danışıb.

Çavuşoğlu xarici işlər naziri vəzifəsinə təyin olunan Gençovskanı təbrik edib.

Qeyd edək ki, Bolqarıstanda Baş nazir Kiril Petkovun qurduğu 4 partiyalı koalisiya hökuməti dünən parlamentdə etimad səsverməsi alıb.

Gencovska parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb.



Әlaqәli Xәbәrlәr