Prezident Ərdoğandan İsraillə münasibətlərin normallaşması siqnalı

Prezident Rəcəb Tayyıb Ərdoğan Qətərə səfərindən sonra jurnalistlərin suallarını cavablandırıb.

1744717
Prezident Ərdoğandan İsraillə münasibətlərin normallaşması siqnalı

Prezident Ərdoğanan, “Əbu-Dabinin vəliəhd şahzadəsinin Türkiyəyə reallaşdırdığı səfər zamanı Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında çox sayda mühüm müqavilələr imzalandı, İsrail və Misirlə də belə bir proses davam edə və ya başlaya bilərmi?” sualına cavabən: “Biz təklif və tələbləri dəyərləndiririk. Daha əvvəl belə bir tələb olduğu üçün Əbu-Dabi rəhbərliyi ilə bu işi məmnuniyyətlə qəbul etdik. Kəşfiyyat və Xarici İşlər Nazirliyi vasitəsilə mərhələ-mərhələ Danışıqlar apardıq. Əlbətdə İsrail ilə də belə bir proses başladıla bilər. Çünki biz sülh dünyasında sülhün suverenliyi uğrunda addımlar atırıq və bunu regional sülh baxımından yüksək qiymətləndiririk. Bu barədə əvvəllər İsraillə görüşlər keçirdim. Lakin İsrail Fələstin siyasətini dəyişdirməli, Qüds və Məscidül-Əqsa ilə bağlı həssas rəftar sərgiləməlidir. Bu həssaslığı və məntiqli addımların atıldığını gördükdə biz də əlaqələrin normallaşması üçün əlimizdən gələni edərik.”

Ərdoğan, “İki ölkə arasında yenidən səfirlik fəaliyyətləri başladıla bilərmi”? -deyə ünvanlanan suala: “Bu mümkündür. Ancaq İsrail tərəfi bizim nəyə həssas olduğumuzu yaxşı bilir. Biz də İsrailin həssaslığını bilirik. Ona görə də bu həssaslıqlar əsasında problemlərin həlli mümkündür”.



Әlaqәli Xәbәrlәr