Prezident Ərdoğan Qətərdə rəsmi mərasimlə qarşılanıb

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Qətərin paytaxtı Dohada Qətər Əmiri Şeyx Təmim İbn Hamed Əl Sani tərəfindən rəsmi mərasimlə qarşılanıb.

1744091
Prezident Ərdoğan Qətərdə rəsmi mərasimlə qarşılanıb

Mərasimdə xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli, səhiyyə naziri Fahrettin Koca, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Prezident administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezidentin Müdafiə Sənayesinin başçısı İsmail Dəmir, Prezidentin sözçüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik, Diyanət İşləri Başçısı Əli Erbaş da olub.

Əmirlik Sarayında keçirilən qarşılama mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib. Parad mühafizəsini salamlayan Ərdoğan və Əl Sani daha sonra nümayəndə heyətlərini bir-birlərinə təqdim ediblər.

Prezident Ərdoğan və Əl Sani rəsmi qarşılanma mərasimindən sonra qapalı qapılar arxasında görüş keçirib.



Әlaqәli Xәbәrlәr