İstanbul ilə Odessa arasında qarşılıqlı uçuşlar başlayır

“AnadoluJet”dən verilən məlumata görə...

1743194
İstanbul ilə Odessa arasında qarşılıqlı uçuşlar başlayır

 

  Türkiyənin hava yolu şirkəti AnadoluJet 16 dekabrdan etibarən Ukraynanın Odessa şəhərinə səfərlər təşkil edəcək.

  “AnadoluJet”dən verilən məlumata görə, İstanbul ilə Odessa arasında qarşılıqlı uçuşlar həftənin 3 günü - cümə axşamı, şənbə və bazar günləri ediləcək.

  Səfərlər İstanbul Sabiha Gökçen Havalımanından Türkiyə saatıyla 13.20-də, Odessa Havalımanından isə yerli saatla 14.35-də reallaşdırılacaq.

  “AnadoluJet”in İstanbul Sabiha Gökçen Havalımanı çıxışlı gediş-dönüş bilet qiymətləri 82, Odessa Havalımanı çıxışlı gediş-dönüş bilet qiymətləri isə 56 dollardan satılır.

  Sərnişinlər 31 dekabra qədər alacaqları biletlərdə 31 may 2022-ci ilə qədər dəyişiklik edə biləcəklər.



Әlaqәli Xәbәrlәr