Mövlud Çavuşoğlu İsveçdə görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçdə Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

1741801
Mövlud Çavuşoğlu İsveçdə görüşlərini davam etdirir
cavusoglu isvec uluslararasi demokratlar birligi.jpg
vladimir makei-cavusoglu.jpg
cavusoglu-borrell.jpg

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçdə Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci Toplantısında iştirak etmək üçün getdiyi İsveçin paytaxtı Stokholmda keçirdiyi görüşlərlə bağlı "Twitter" hesabında paylaşım edib.

Çavuşoğlu Makeylə görüşü ilə bağlı paylaşımında bunları deyib:

“Stokholmdakı ilk görüşümüzdə Belarusun xarici işlər naziri Vladimir Makey ilə əlaqələrimizi, regional hadisələri və qeyri-qanuni qaçqın məsələsini müzakirə etdik.

Çavuşoğlu digər görüşlə bağlı paylaşımında “Stokholmda görüşdüyümüz Aİ-nin ali nümayəndəsi Cozep Borrell ilə Əfqanıstan, Liviya, Ukrayna və Kıbrıs (Kipr) kimi gündəmimizdəki xarici siyasət məsələlərini müzakirə etdik.

Çavuşoğlu Beynəlxalq Demokratlar İttifaqının İsveç təşkilatının nümayəndələri ilə də görüşüb və bu görüşlə bağlı deyib ki, xaricdəki vətəndaşlarımızın hüquqlarının qorunması və problemlərinin həlli üçün hər cür dəstəyi göstərməyə davam edəcəyik.



Әlaqәli Xәbәrlәr