“Türkiyədə uzunmüddətli sərmayə qoyanlar həmişə qazanıblar", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio Televiziya Qurumunun (TRT) birgə yayımında iştirak edib.

1741122
“Türkiyədə uzunmüddətli sərmayə qoyanlar həmişə qazanıblar", R.T.Ərdoğan

“Türkiyədə uzunmüddətli sərmayə qoyanlar həmişə qazanıblar, bundan sonra da qazanacaqlar”. 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio Televiziya Qurumunun (TRT) birgə yayımında deyib.

Ərdoğanın il sonu inkişaf perspektivləri haqqında "10 faiz böyümə hədəfinə çatacağıq. Bizim təxminimiz ən azı 10 faizdir, lakin bu həddi də keçə bilərik" deyə qeyd edib.

“Faiz səbəb, inflyasiya nəticədir” deyən prezident faizləri aşağı saldıqlarını, inflyasiyanın da azalacağını bildirib.

"Xarici sərmayədarlar üçün uzunmüddətli investisiyaların zamanıdır. Türkiyədə uzunmüddətli investisiyalar edənlər həmişə qazanıblar, bundan sonra da qazanacaqlar"-deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr