Mövlud Çavuşoğlu hollandiyalı həmkarı ilə görüşüb

Mövlud Çavuşoğlu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç ilə görüşüb.

1741145
Mövlud Çavuşoğlu hollandiyalı həmkarı ilə görüşüb

NATO-nun Xarici İşlər Nazirləri toplantısı üçün Latviyada səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu ev sahibi ölkənin xarici işlər naziri Edqars Rinkeviç ilə görüşüb.

Çavuşoğlu və Rinkeviçs paytaxt Riqada davam edən NATO Xarici İşlər Nazirləri toplantısının ikinci gün sessiyaları çərçivəsində görüşüb.

Çavuşoğlu görüşü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

N. Çavuşoğlu paylaşımında “Biz (Latviya ilə) siyasi və iqtisadi əməkdaşlığımızı inkişaf etdirmək iradəmizi bir daha təsdiqlədik”. ifadəsini işlədib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiyanın xarici işlər naziri Ben Knapen ilə görüşüb.

Çavuşoğlu toplantının ilk gün sessiyasına qatıldıqdan sonra hollandiyalı həmkarı ilə görüşüb.

Nazir Çavuşoğlu sosial media hesabında Knapen ilə görüşdən sonra iki ölkə arasında iqtisadi-ticarət əlaqələri və Əfqanıstandakı mövcud vəziyyəti müzakirə etdiklərini bildirib.

Çavuşoğlunun NATO-nun Xarici İşlər Nazirləri toplantısı çərçivəsində ikitərəfli görüşlərini davam etdirəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr