Türkiyə 10 milyon doza "Covid-19" əleyhinə peyvənd bağışlayacaq

Səhiyyə naziri Fahrettin Koca, Türkiyənin ehtiyacı olan ölkələri peyvəndlə təmin edən Covax formasiyası vasitəsilə 10 milyon doza vaksin bağışlayacağını bildirib.

1738483
Türkiyə 10 milyon doza "Covid-19" əleyhinə peyvənd bağışlayacaq

Səhiyyə naziri Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Həkim Hans Kluge ilə görüşüb.

Hans Kluge nazir Koça ilə arasında baş tutan telefon danışığına dair sosial media hesabından açıqlama yayıb. O: “Pandemiyaya ancaq həmrəyliklə qalib gələ bilərik. Doktor Fahrettin Koca və Türkiyəyə, səhiyyə sistemləri və reanimasiya şöbələri çətin vəziyyətdə olan Avropa ölkələrinin zərurət duymaları halında Covid-19 xəstələrinin müalicəsini öhdələnmək istədiklirinə səxavətli təkliflərinə görə minnətdarlığımı bildirirəm. Türkiyə pandemiyanın il günlərindən bəri 160 ölkə və 29 beynəlxalq təşkilata Covid-19 əleyhinə istifadə olunan materiallar göndərməklə və 11 ölkəyə 2 milyon dozadan çox peyvənd bağışlamaqla qlobal həmrəyliyin mühüm nümunəsini göstərdi”.

Nazir Koca da Tvitter hesabında Klugenin paylaşımına cavab verib: “Pandemiya başlayandan bu yana Türkiyənin preziden ərdoğanın rəhbərliyi altında beynəlxalq həmrəyliyə verdiyi töhfəyə diqqət çəkdiyiniz üçün təşəkkürlərimi bildirir və ehtiyacı olan ölkələrə Covax formasiyası vasitəsilə daha 10 milyon doza peyvənd ianә  edə biləcəyimiz xəbərini sizinlə bölüşmək istiyirəm”.



Әlaqәli Xәbәrlәr