Ərdoğan 24 Noyabr - Müəllimlər Günü münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Noyabr - Müəllimlər Günü münasibətilə 81 rayondan gələn 81 müəllimlə Prezident Aparatı İqamətgahında bir araya gəldi

1737807
Ərdoğan 24 Noyabr - Müəllimlər Günü münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Noyabr - Müəllimlər Günü münasibətilə 81 rayondan gələn 81 müəllimlə Prezident Aparatı İqamətgahında bir araya gəldi.

  Müəllimlərlə görüşündə onlara təşəkkürünü bildirən Ərdoğan dedi: "81 rayonumuzun hamısından gələn siz qiymətli müəllimlərimizi paytaxtımız Ankarada görməkdən məmnunluq duyuram.

  24 Noyabr - Müəllimlər Günü - bu mənalı gün münasibətilə bütün müəllimlərimizə şəxsim, həyat yoldaşım və millətim adından təşəkkürlərimi çatdırıram. Vəzifəsi başında şəhid olanlar, fəlakətlərdə, qəzalarda həyatını itirənlər başda olmaqla, işlərinin öhdəsindən layiqincə gəlmiş, ölkəsinə və millətinə xeyirli nəsillər yetişdirmiş, bu gün təqaüddə olan müəllimlərimizə də fədakarlıqlarına görə təşəkkür edir, sağlam, faydalı və xoşbəxt ömürlər arzu edirəm.

  Öz adımdan üzərimdə əməyi olan bütün müəllimlərimə də təşəkkürlərimi bildirir, həyatda olanların tək-tək əllərindən öpürəm. Əbədi aləmə irtihal etmiş olanlara da rəhmət diləyirəm."



Әlaqәli Xәbәrlәr