Türkiyə Efiopiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

Səfirlk ordu birlikləri ilə qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) üzvləri arasında toqquşmaların şiddətlənməsi ilə əlaqədar Türkiyə vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

1737235
Türkiyə Efiopiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

Türkiyənin Əddis-Əbəbədəki səfirliyi ordu birlikləri ilə qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) üzvləri arasında toqquşmaların şiddətlənməsi ilə əlaqədar Türkiyə vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Səfirliyin rəsmi "Twitter" hesabında edilən paylaşımda "Efiopiyanın təhlükəsizlik vəziyyətindəki sürətli inkişaflar qarşısında ölkədəki vətəndaşlarımızın Efiopiyanı planlı uçuşlarla tərk etmələri tövsiyə olunur" ifadəsi yer alıb.
Qeyd edək ki, Efiopiya hökuməti üsyançıların cənuba doğru irəliləyişlərini davam etdirən TPLF hücumları səbəbindən noyabrın 2-də ölkədə fövqəladə vəziyyət elan etdi.

TPLF-nin paytaxt Əddis-Əbəbəyə mümkün hücumlarına qarşı müdafiə əməliyyat qrupları yaradılıb.

Ölkənin şimalında bir ildən artıqdır davam edən münaqişələr təxminən 2,5 milyon insanı köçkün vəziyyətinə salıb, bölgədə 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.



Әlaqәli Xәbәrlәr