Hulusi Akar: "Türkiyə NATO-nun təhlükəsizliyinin mərkəzindədir"

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin NATO-nun ikinci ən böyük ordusu olaraq Alyansın təhlükəsizliyinin mərkəzində yer aldığını bildirib.

1735990
Hulusi Akar: "Türkiyə NATO-nun təhlükəsizliyinin mərkəzindədir"

"Türkiyə NATO-nun ikinci ən böyük ordusu olaraq Alyansın təhlükəsizliyinin mərkəzindədir".

Bunu milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​ilə birlikdə qüvvələr komandirlərinin və 3-cü Korpusun (HRF) komandanlığının hazırlanması məqsədi ilə həyata keçirilən "On Guard-2021" təlimində iştirakı zamanı deyib.

Təlimin keçirildiyi Beynəlxalq Müştərək Müharibə Mərkəzi Komandanlığında brifinq alan Akar qlobal və regional səviyyədə artan risk və təhdidlər dövründən keçdiyimizi bildirib.

Beynəlxalq təhlükəsizlik və müdafiə təşkilatlarının məsuliyyətinin hər zamankindən daha ağır olduğuna diqqət çəkən Akar deyib:

“Türkiyə DEAŞ, Əl-Qaidə, PKK/YPG, Fətullahçı Terror Təşkilatı (FETÖ) və digər terror təşkilatları ilə eyni vaxtda mübarizə apararkən, bölgəsindəki risklərlə, təhdidlərlə məşğul olmasına baxmayaraq, Alyansın təlimlərinə, güc strukturuna və kadrlarına fasiləsiz töhfə verməyə davam edir. NATO-nun ikinci ən böyük ordusu kimi NATO-nun yükünü və bütün dəyərlərini bölüşür, NATO-nu öz təhlükəsizliyinin mərkəzinə qoyur, eyni zamanda NATO-nun ikinci ən böyük ordusudur". 

Akar Türkiyənin VJTF Land (Çox Yüksək Hazırlıqlı Birgə İşgüzar Qüvvə), yəni NATO-nun hazır qüvvəsi Quru  Elementləri Komandanlığının üzərinə düşən vəzifəni bu il uğurla yerinə yetirdiyini bildirib.

"Türkiyə 2022-ci ilin əvvəlindən etibarən isə tam əməliyyat qabiliyyətinə çatacaq Türkiyə Yüksək Hazırlıq Səviyyəli Dəniz İşgüzar Qüvvəsi (TURMARFOR) ilə 2023 və 2028-ci illərdə NATO-nun dəniz elementlərinin komandanlığını öz üzərinə götürəcək. Həmçinin, Müştərək Hava Elementləri Komandanlığı qabiliyyətini qazanmış müttəfiq kimi 2025 Hava Komponent Komandanlığını yerinə yetirəcəyik"-deyə H.Akar qeyd edib. 

Hulusi Akar Müttəfiq Quru Komandanlığı, Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi, Terrorla Mübarizə Mükəmməllik Mərkəzi və Sülh Naminə Tərəfdaşlıq Təhsil Mərkəzi, Balistik Raket Radar Sahəsi və İrəli Əməliyyatlar Hava Bazası kimi mühüm elementlərin Türkiyədə olduğunu bildirərək, bu qərargahları NATO-nun hərbi strukturunu təşkil edən ən vacib ünsürlər, ümumi müdafiə və çəkindirmə anlayışının əvəzsiz komponentləri kimi qiymətləndirib. 

Bu cür təlimlərin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqla yanaşı, həmrəylik prosesinə də töhfə verdiyini, döyüş qabiliyyətini yaxşılaşdırdığını və Alyansın çəkindirmə gücünü gücləndirdiyini bildirən Akar təlimin icra prosesinin planlaşdırılması və icrasında əməyi olanlara təşəkkür edib.



Әlaqәli Xәbәrlәr