Türkiyədən Somaliyə hərbi və təcili tibbi maşınlar göndərilib

Türkiyə Somali milli ordusuna hərbi texnikalar və təcili tibbi yardım maşınları bağışlayıb.

1735006
Türkiyədən Somaliyə hərbi və təcili tibbi maşınlar göndərilib

Somalili hərbi rəsmilər, Türkiyənin yardımlarını Moqadişu səfirliyində təşkil edilən mərasimlə qəbul ediblər.

Somali Ordusunun Baş Qərargah rəisi general Odava Yusuf Rageh mərasimdə etdiyi çıxışında ölkəsinin terror təşkilatı Əl-Şəbab əleyhinə apardığı mübarizədə Türkiyənin dəstəyinin əsas əhəmiyyət kəsb etdiyini bildirib. Hərbi texnikaları  və təcili tibbi maşınlardan Türkiyədə təlim keçən “Qorqor” xüsusi təyinatlı dəstəsinin istifadə edəcəyini  qeyd edib.

Xatırladaq ki, Türkiyənin həm Somalidə, həm də ölkə daxilində təlim keçdiyi Somali əsgərlər terror təşkilatı Əl-Şəbab qruplaşmasına qarşı effektiv mübarizə aparır.



Әlaqәli Xәbәrlәr