Ulu öndər Atatürkün xatirəsi Avstraliyada mərasimlərlə yad edildi

Türkiyə Rispublikasının qurucusu Ulu Öndən Qazi Mustafa Kamal Atatürkün xatirəsi vəfatının 83-cü ildönümündə Avstraliyanın paytaxtı Kanberra başda olmaqla, Sidney, Melburn və Brisben şəhərlərində mərasimlərlə anılıb.

1731758
Ulu öndər Atatürkün xatirəsi Avstraliyada mərasimlərlə yad edildi

Türkiyənin  Kanberradakı səfirliyi paytaxtdakı Atatürk abidəsində, Sidney və Melburn Baş Konsulluğunun binalarında, Brisben Fəxri Konsulluğu da Gelibolu Atatürk abidəsində “10 Noyabr Atatürkü yadetmə” mərasimləri təşkil edib. Mərasimlərə Kanberra səfiri Korhan Karakoç, Sidney baş konsulu Əli Sevim, Melburn baş konsulu Arif Əsər Torun, Brisbane fəxri baş konsulu Turqut Manlı, səfirlik və konsulluq rəsmiləri ilə yanaşı vətəndaşlar qatılıb. Mərasimlərdə çıxışlardan sonra Qazi Mustafa Kamal Atatürk əbədiyyətə intiqal etdiyi saat 09:05-də bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himninin oxunduğu mərasimlərdə abidələrə əklillər qoyulub, Türkiyə bayraqları dalğalandırıldı.



Әlaqәli Xәbәrlәr