Mustafa Şentop: “Millətimiz böyük Türkiyə idealı yolunda əbədiyyətə qədər addımlayacaq”

TBMM-nin sədri Mustafa Şentop mesajında ​​Türkiyə Böyük Millət Məclisinin ilk sədri, milli mübarizənin baş komandanı, respublikanın qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirəsini hörmət və ehtiramla yad etdiklərini vurğulayıb

1731714
Mustafa Şentop: “Millətimiz böyük Türkiyə idealı yolunda əbədiyyətə qədər addımlayacaq”

 

TBMM-nin sədri Mustafa Şentop mesajında ​​Türkiyə Böyük Millət Məclisinin ilk sədri, milli mübarizənin baş komandanı, respublikanın qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirəsini hörmət və ehtiramla yad etdiklərini vurğulayıb.

Şentop  qeyd  edib ki, Qazi Mustafa Kamal Atatürkü başa düşmək  onun Türk milləti  ilə  çiyin-çiyinə  7 dövlətə qarşı apardığı mübarizədə liderliyindən ilham  alaraq  Türkiyənin milli maraqlarını hər zaman üstün tutmaq, tam müstəqillik, şərəfli gələcək, elmi tərəqqi və inkişaf mirasını qorumaqdır. Atatürk millətimizin tam müstəqillik idealını özündə yaşadan bir liderdir. O və silah yoldaşları gələcək nəsillərə  təkcə bu şanlı vətəni əmanət etməklə  kifayətlənməmiş,  eyni  vaxtda  uğrunda canını   fəda   edəcək  milli ideal, milli iradəni irs  buraxıb.  Bütün dünyada  hərc-mərclik hökm  edərkən  əgər   ölkəmiz sülh və əmin-amanlıqla  gələcəyə doğru addımlayırsa, bu  onun rəhbərliyi altında Milli Mübarizə qəhrəmanlarının qarşımıza qoyduğu məqsəd və bu yolda əzmkar mübarizəmizlə mümkündür.  Hər kəs bilməlidir ki, millətimiz tam müstəqil və böyük Türkiyə idealı yolunda əbədiyyətə qədər qətiyyət və əzmlə addımlamağa davam edəcək.



Әlaqәli Xәbәrlәr