Türkiyə Qarabağ zəfər bayramının birinci il dönümünü təbrik edib

Türkiyənin Xarici İşlər Naziri 8 noyabr zəfər bayramı münasibəti açıqlama verib.

1730803
Türkiyə Qarabağ zəfər bayramının birinci il dönümünü təbrik edib

Türktiyənin qardaş Azərbaycanın sevincini və qürurunu bölüşdüyü və bu ölkə ilə həmrəyliyinin sonsuza qədər davam edəcəyi vurğulanan açıqlamada: “Ötən il noyabrın 8-də qədim mədəniyyət paytaxtı Şuşanı (erməni işğalından) azad edən Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini qardaş ölkə  Türkiyə çoşqu ilə qeyd edir. Özünümüdafiə hüququndan istifadə edərək, işğal olunmuş torpaqlarını geri qaytaran Azərbaycan Noyabrın 9-da Üçtərəfli Bəyannaməyə imza ataraq meydandakı qələbəsini, masada da təsdiq etdirdi. Beləcə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının illərdir icra olunmayan qətnamələrini öz iradəsi ilə həyata keçirdi”.

 Qarabağ Qələbəsinin sülhün bərpası uğrunda atılmış mühüm addım olduğuna diqqət çəkilən açıqlamada  həmçinin deyd edilib ki, biz şadıq ki, Azərbaycanın qələbəsiylə 1 milyon məcburi köçkün düşmüş azərbaycanlı qardaşlarımızın doğma yurdlarına  qayıdmaları qarşısında heç bir maneə qalmayıb. Qarabağ qələbəsiylə yalnız işğal altındakı torpaqların azad edilmədiyi,  eyni vaxtda regionda həsrəti çəkilən sülh, sabitlik və  əməkdaşlıq yolunun da açıldığı  ifadə edilən bəyanatda: “Regionun simasını dəyişən Füzuli Beynəlxalq Hava Limanı və Şərqi Zəngəzur bölgələrindəki Zəfər Yolu kimi layihələr Azərbaycanın qurucu gücünün göstəricisidir. İki dövlət, Bir millət” inamı ilə  Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız can Azərbaycanın sevincini və qürurunu bölüşürük. Azərbaycanla həmrəyliyimiz əbədi olaraq davam edəcəkdir”-deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr