Mustafa Şentop Tacikistan Nümayənələr Palatasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Tacikistan Nümayənələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.

1719263
Mustafa Şentop Tacikistan Nümayənələr Palatasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Tacikistan Nümayənələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.

Şentop Parlamentdəki ofisində Türkiyədə səfərdə olan Tacikistan Nümayəndələr Palatasının sədri Zokirzoda ilə təkbətək görüş keçirib.

Şentop və Zokirzoda daha sonra Divan Salonunda keçirilən nümayəndə heyətləri arasındakı görüşə rəhbərlik ediblər.

Şentop Tacikistan nümayəndə heyətinin səfərinin ikitərəfli və regional əməkdaşlığı, xüsusilə də parlamentlər arasındakı əlaqələri gücləndirəcəyinə inandığını söyləyib.

M. Şentop iki ölkə arasında on illərdir ki, qarşılıqlı fayda anlayışı ilə uğurla davam etdirilən iqtisadi əməkdaşlığı daha da gücləndirmək potensialının olduğunu vurğulayıb.

"2021-ci ilin ilk yarısında ticarət həcmimizin 67 faiz artması da əsasən bu potensialın göstəricisidir" deyib.

Zokirzoda da "Tacikistanla Türkiyə arasındakı əlaqələrdə yeni bir sürət qazanıb. İnanıram ki, bu şərtlərdə yeni işlərə imza ata bilərik" deyib.

Açıqlamalardan sonra Şentop və Zokirzoda parlamentlərarası əməkdaşlıq protokolunu imzalayıblar.



Әlaqәli Xәbәrlәr