Xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda həmkarları ilə görüşlər keçirir

Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində  xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra ölkələrin XİN rəhbərlərilə görüşüb.

1717979
Xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda həmkarları ilə görüşlər keçirir

Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində  xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşü baş tutub.

Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir M. Çavuşoğlu Belqradda həmçinin Nepal, Qvatemala, Livan ve İraqın xarici işlər nazirlərilə görüşüb. 



Әlaqәli Xәbәrlәr