Prezident Rəcəb Tayyib Ərdoğan kabinet yığıncağından sonra mətbuata açıqlama verib

Prezident Rəcəb Tayyib Ərdoğan "Suriyadan ölkəmizə qarşı terror hücumlarının qaynağı olan bəzi yerlər mövzusunda artıq səbrimiz qalmayıb" deyib.

1718049
Prezident Rəcəb Tayyib Ərdoğan kabinet yığıncağından sonra mətbuata açıqlama verib

"Suriyadan ölkəmizə qarşı terror hücumlarının qaynağı olan bəzi yerlər mövzusunda artıq səbrimiz qalmayıb".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Kabinetinin toplantısından sonra keçirilən mətbuat konfransında Suriyadan Türkiyəyə qarşı edilən terror aktlarına toxunarkən deyib. 

Prezident Ərdoğan ""Fərat qalxanı" antiterror əməliyyatı bölgəsindəki polis əməkdaşlarına edilən son hücum və torpaqlarımızı hədəf alan təcavüz artıq səbr kasamızı daşırıb. Suriyadan ölkəmizə qarşı terror hücumlarının qaynağı bəzi yerlər mövzusunda artıq səbrimiz qalmayıb. Bu ərazilərdən gələn təhdidləri ya orada fəaliyyət göstərən qüvvələrlə birlikdə, ya da öz imkanlarımızla ortadan qaldırmaqda qətiyyətliyik" deyib.

Dövlət başçısı müraciətində bu il inandırma səyləri ilə terror təşkilatının 153 üzvünün təslim olmasını təmin etdiklərini də bildirib.

Rəcəb Tayyib Ərdoğan ayrıca Türkiyəni sərmayə qoyuluşu, istehsal, ixrac, məşğulluq əsasları üzərində cari balansı artıraraq davamlı inkişaf etdirməyi davam etdirəcəkərini söyləyib. 

Prezident Ərdoğan Ətraf Mühit və Şəhərsalma Nazirliyi adının yeni - Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi məsələləri üzrə Nazirlik olaraq dəyişdirildiyini də bildirib.

Ərdoğan həmçinin İqlim Dəyişikliyi İdarəsi ilə Miqrasiya İdarəsinin də qurulacağını söyləyib.



Әlaqәli Xәbәrlәr