PKK-dan qaçan daha bir təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

Terror təşkilatı PKK-dan qaçan daha bir təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

1714640
PKK-dan qaçan daha bir təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

Terror təşkilatı PKK-dan qaçan daha bir təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Daxili İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamaya görə, Nazirliyin koordinasiyasında Jandarma Baş Komandanlığı və Polis Müdirliyinin həyata keçirdikləri inandırma cəhdləri nəticəsində daha bir PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan terrorçunun 2009-cu ildə terror təşkilatına qoşulduğu və Suriya və İraqda fəaliyyət göstərdiyi müəyyən edilib.

Cari il ərzində inandırma səyləri nəticəsində təslim olan təşkilat üzvlərinin sayı 157-yə çatıb.

Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında, Avasin-Basyan bölgəsində xüsusi əməliyyat keçirib.

Belə ki, Türkiyə hərbçilərinin ərazidə həyata keçirdikləri anti-terror əməliyyatı nəticəsində PKK terror təşkilatının "Şərq" qərargahı dağıdılıb.

Həmçinin 12 terrorçu məhv edilib.



Әlaqәli Xәbәrlәr