Mövlud Çavuşoğlu Türk icmasının nümayəndələrilə bir araya gəlib

Mövlud Çavuşoğlu "Milli məsələmiz olan Kıbrısı (Kipr) sonuna qədər müdafiə etməyə davam edəcəyik" deyib.

1710018
Mövlud Çavuşoğlu Türk icmasının nümayəndələrilə bir araya gəlib

"Milli məsələmiz olan Kıbrısı (Kipr) sonuna qədər müdafiə etməyə davam edəcəyik".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərindəki yeni Türkevində Türk icmasının nümayəndələri ilə görüşündə deyib.
Nazir Çavuşoğlu Türkevi binasında Türkiyənin Birləşmiş Millətlər Daimi Nümayəndəliyi və Nyu-York Baş Konsulluğu ilə yanaşı Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Nümayəndəliyinin də yer alacağını qeyd edib. 

Çavuşoğlu Türk icmasının nümayəndələrilə görüşdə iştirak edən KKTC Prezidenti Ersin Tatara təşəkkür edərək deyib ki, milli mələləmiz Kıbrısı sona qədər birlikdə müdafiə etməyə davam edəcəyik. Kıbrıs prosesində 54 il federasiya üçün danışıqlar apardıq. Həmişə xoş niyyətlərlə yanaşdıq və hər zaman mülayim yanaşmalarım oldu.Prosesləri dəstəklədik, lakin Kıbrıs Türklərini azlıq olaraq görən və Kıbrıs Türkləri ilə heç bir şey paylaşmaq istəməyən Kıbrıs Rum tərəfi bütün planları, bütün səyləri rədd etdi. Axırıncı dəfə Krans Montanada dedik ki, artıq federasiyaya ehtiyac yoxdur, biz danışıqlar aparmayacağıq, indi iki dövlət üçün danışıqlar aparacağıq. Bu gün sizinlə birlikdə, rəhbərliyiniz altında, Prezidentimizin rəhbərliyi altında və ortaya qoyduğumuz baxış çərçivəsində Kıbrıs Türklərinin hüquqlarının pozulmaması bizlər də sizin cəhdləriniz çərçivəsində çalışırıq və ümid edirəm sona qədər birlikdə Kıbrıslı Türklərin hüquqlarını müdafiə edəcəyik. Hər kəs KKTC-nin suverenliyini və 1960-cı il konstitusiyasının verdiyi hüquqları tanımalıdır. Bu istiqamətdə, biz Türkiyə olaraq, səylərinizi bacardığımız qədər dəstəkləməyə davam edəcəyik. Bu prosesdə birlikdə addımlayacağıq.



Әlaqәli Xәbәrlәr