Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkevi binamızın qapıları hər kəsə açıq olacaq"

ABŞ-ın Nyu -York şəhərində yeni Türkevi binası Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açıldı.

1708325
Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkevi binamızın qapıları hər kəsə açıq olacaq"

ABŞ-ın Nyu -York şəhərində yeni Türkevi binası Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açıldı.

Prezident Ərdoğan mərasimdəki çıxışında deyib:

"Binanın inşasında istifadə olunan materiallar Türkiyədən gətirilib. Dizaynı ətraf mühitə həssaslıq əsasında hazırlanıb. Bu işlə Türkiyə öz inkişafını, təcrübəsini və artan gücünü əks etdirən bir əsər ortaya qoydu. Mədəniyyətimizdə müstəsna yeri olan lalədən ilham alan memarlığı ilə yeni bir Türkevimiz var. Daimi nümayəndəliyimiz və Nyu-York Baş Konsulluğumuza ev sahibliyi edəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) düz qarşısında bu binanı tikməyimizin xüsusi mənası var. BMT-nin qurucu üzvlərindən biri olan Türkiyə beynəlxalq sülhə fəal töhfə verir. Missiyalarımızı uğurla yerinə yetirdik və yetiririk. Daha ədalətli bir qlobal nizamın tərəfdarıyıq. Milyonlarla məzlum mühacirə aktiv rollar oynayaraq daha ədalətli bir sistem üçün çalışırıq".

"Türkevi də sülhə olan inancımızın simvoludur" deyən dövlət başçısı “Cümhuriyyətimizin quruluşunun 100. ildönümü olan 2023-cü ilə qədər gedən müddətdə Türkevi binamız da beynəlxalq aləmdəki yerimizin bir əksi olacaqdır. Binamız Türkiyənin uğur hekayəsinin simvollarından biri olaraq uzun müddət xidmət edəcək. Türkevi binamızın qapıları hər kəsə açıq olacaq "deyə Ərdoğan bildirib.

Ərdoğandan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş çıxış edib.

Binanı çox bəyəndiyini dilə gətirən Quterres "Müdafiəyə ehtiyacı olan qaçqınlara dəstəyinizə görə sizə (Türkiyə) səmimi təşəkkürümü bildirmək istəyirəm" deyib.



Әlaqәli Xәbәrlәr