Mustafa Şentop yalan xəbərlərə və dezinformasiyalara qarşı mübarizəyə çağırıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Parlament Sədrlərinin V Ümumdünya Konfransına qatıldığı Avstriyanın paytaxtı Vyanada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

1705273
Mustafa Şentop yalan xəbərlərə və dezinformasiyalara qarşı mübarizəyə çağırıb

Həm milli, həm də beynəlxalq səviyyədə yalan xəbərlərə və dezinformasiyalara qarşı mübarizə aparılmalıdır".

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Parlament Sədrlərinin V Ümumdünya Konfransına qatıldığı Avstriyanın paytaxtı Vyanada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən deyib.

Şentop sıx iştirakın olduğu konfransda saxta xəbər və dezinformasiyaya qarşı mübarizə qərarının müzakirə edildiyini xatırladıb: "Bu, bizim təklifimiz deyil, ancaq buradakı müzakirələrdən gördük ki, bu, yalnız Türkiyədə deyil, bütün dünyada müzakirə olunan vacib bir məsələdir. Parlament sədrləri dezinformasiyaya qarşı mübarizədə hüquqi tənzimləmənin olmadığını və bu vəziyyətin gələcəkdə daha böyük narahatlıqlara səbəb olacağını dilə gəridilər. Çoxmillətli şirkətlər, öz düşüncələrinə görə, bir siyasət daxilində dünyadakı bütün ölkələrin vətəndaşlarının bəyanatlarını və fikirlərini bu siyasətə uyğun hala gətirib təqdim edirlər. Bu səbəbdən yalnız milli tənzimləmələr deyil beynəlxalq tənzimləmələrin də vacib olduğunu burada ifadə etdim".



Әlaqәli Xәbәrlәr